Günel Zeynalova: "Gözümü itirə bilərdim"
3-03-2023, 11:09

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın başına iş gəlib.

AZİNFORM.AZ xəbər verir ki, ifaçı yaralanıb, onun qaşına 7 tikiş qoyulub.

“Yaralandım... Allah qorudu. Veriləcək sədəqəm var imiş. Gözümü itirə bilərdim, daha ağır nəticə ola bilərdi. Bu günə şükür”, - deyə o, instaqramda yazıb.

Zeynalova qeyd edib ki, bu səbəbdən martın 3-nə planlaşdırılan konserti martın 17-nə keçirilib.






up