Azərbaycanlı müğənni Günel Zeynalova Türkiyədə kommunal xərclərin artırılmasına etiraz edib.
AZİNFORM.AZ olay-a istinadən xəbər verir ki, bununla bağlı o, instaqramda status paylaşıb.
İstanbulda artan xərclərə eyvanda qazan vuraraq etiraz edən vətəndaşları paylaşan Günel bu sözləri yazıb:
“Kommunal xərclər 500-dən 1500-ə artırıblar. Bizi də yaxında eyvanda qazan vuran da görsəz, təəccüblənməyin. Nə olur? Yenə 1500 yaxşıdır. Mən bizim xərcləri heç yazmıram”.