Nur və Elşad Xosedən MÖHTƏŞƏM DUET BAXIŞ REKORDU QIRDI - VİDEO
15-02-2023, 23:00

Azərbaycanın sevilən mügənnilərindən olan Nur Cəfərli məşhur reper Elşad Xose ilə duet oxuyub.

AZİNFORM.AZ xəbər verir ki, mahnıları milyonlarla izləmə toplayan müğənni bu dəfə "Geri gəl" deyib.

Üzərində 3 il islədiyi bu mahnı tez bir zamanda baxış rekordu qiraraq 100 mindən çox izlənilib və minlərlə "Like" toplayıb.

"Geri gəl"in söz və musiqisi Çingiz Əliyevə, aranjemanı XalisXana, vokal yazısı (Bars) Asif Əliyevə məxsusdur.

Qeyd edək ki, "Lazım deyilsən" mahnısı ilə məşhurlasan Nur Cəfərli 2015-ci ildən musiqi fəaliyyətinə başlayıb. Müğənninin səsləndirdiyi bir çox mahnılar tez bir zamanda izləyicilər tərəfindən sevilərək hitə çevrilib.





up