Nura Suri yenə tənqid etdi...
14-02-2023, 20:13

Müğənni Nura Suri sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

AZİNFORM.AZ xəbər verir ki, Nura Suri qeyd edib ki, insanda məntiq axtarmağın özünün məntiqsiz olduğunu qeyd edib.

"İnsan ağlına məəttəl qalmışam. Dağıtmağa, məhv etməyə beyin işlədə bilir, əksini etməyə ağıl işləmir. Bir dəfə status yazmışdım ki, insanlar dünyaya gələndə xəstəlikdən peyvənd olunduğu kimi, qəddarlıq və s. kimi lazımsız xüsusiyyətlərdən də peyvənd oluna bilərdi. Necə olur ki, Allahın işinə qarışıb uşağı olmayana süni şəkildə insan yarada bilir, amma qəddarlığın dərmanını, peyvəndini tapa bilmir? Ümumiyyətlə, insanda məntiq axtarmaq da məntiqsizdir. Məsələ təbiətdə yetişən gülə baxıb ləzzət ala bilmir, o gülə kimyəvi maddələr qatıb yetişdirir, dərir, satır, əziyyətlə pul qazanan da sevgisini göstərmək üçün onu alıb hədiyyə edir, hədiyyəni alan da şəklin çəkib İnstaqramda paylaşır. İki gün sonra təbiətin yaratdığı gözəllik zibilliyə gedir. Axı, burada məntiq görmürəm. Sevgi-elə həmin gözəlliyə sevgilinlə bir yerdə gedib baxmaq və həmin güllərin qayğısına qalmaqdır. Güllər təbiətdə gözəldir. Qışda ölüb, yazda dirilməsi möcüzədir", - sənətçi vurğulayıb.






up