DİGƏR XƏBƏRLƏR
Türkiyənin Kahramanmaraş şəhərində dağıntılar altından sağ çıxarılan azərbaycanlı tələbələr - Gülşən və Jalə Cəfərova bacıları "Elgizlə izlə" verilişində qonaq olublar.
AZİNFORM.AZ xəbər verir ki, bacılar zəlzələ baş verən gecədə yaşadıqlarını danışıblar.
Gülşən "Oyananda elə bildim şimşək çaxır. Bacım Jaləni oyandırdım ki, zəlzələdir, oyanmalıyıq. Bir gün əvvəl demişdilər ki, qar yağacaq, məktəblər tətildədir heç kim çölə çıxmasın. Şok keçirtdim, elə bildim yuxudur. Baxıram ev, əşyalar uçur. Hamı da qışqırır, binalar uçur, insanlar qaçırdı. Dördüncü mərtəbədə qalırdıq. Pilləkən uçmuşdu, qonşular aşağıdan işıq tutdu. 1 saat içəridə qaldıq, qonşuların köməkliyi ilə oradan xilas olduq" sözlərini söyləyib. /axşam.az/