Brilliant Dadaşova Türkiyədə zərərçəkənlərə yardım etdi
10-02-2023, 15:01

Xalq artisti Brilliant Dadaşova Türkiyədə zəlzələ nəticəsidə zərərçəkənlərə maddi yardım göstərib.

AZİNFORM.AZ xəbər verir ki, Brilliant Dadaşova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib: "Türk telefon nömrəmdən sms vasitəsiylə yardım etdim. Sms yollayırsan və o məbləğ telefon nömrəsi ödənişiylə lazımı qurumlara çatdırılır. Əlavə olaraq Adıyamanda yaşayan dostlarımız vasitəsiylə də dəstək olmağa çalışırıq.

Biz dostumuz Bəhram Bağırzadənin keçirdiyi yardım aksiyasına da qoşulduq".





up