Vüsalə yardım qutusundan çıxan libası qınadı: “Köhnə, cırıq-yırtığını qoymağa yer tapmayanlar...” - FOTO
8-02-2023, 18:45

Aparıcı Vüsalə Əlizadə Türkiyənin zəlzələ bölgəsinə göndərilən yardımlarla bağlı paylaşım edib.

AZİNFORM.AZ  xəbər verir ki, o, "Instagram"da yardım qutularından çıxan ziyafət libasının fotosunu paylaşaraq bu sözləri yazıb:

“Məni qınamayın, amma hansı məhzəbə qulluq edəsən ki, bu psixologiyada olasan? Köhnə, cırıq-yırtığını qoymağa yer tapmayanlar, evi təmizləyim, yer boşalsın, fürsətdir, adı olsun nəsə etdim psixologiyasından çıxın. Bu yardım deyil. Bunun yerinə dilinizdə dualar göndərin”. /44Gun.Az/





up