Hacı Nuranın bacısı oğlu İLK DƏFƏ EFİRƏ ÇIXDI - VİDEO
5-02-2023, 18:10

İlk dəfə "Zaurla Günaydın" proqramına çıxan Hacı Nuranın bacısı oğlu Elmir dayısına inanılmaz bənzərliyi ilə diqqət çəkib.

AZİNFORM.AZ  xəbər verir ki, aparıcıları Zaur və Günay Baxşəliyevlər Elmiri görər-görməz Hacı Nurana birə-bir bənzəməsindən təəccüblərini gizlədə bilməyiblər.

Dayısını doğum günü münasibətilə təbrik edən Elmir Zaurun "Hacı Nuran dayıdır, yoxsa day-day" sualına gülərək "Hər ikisi" cavabını verib.

Günayın "Hacı Nuranı evdə necə çağırırsınız, müraciət edirsiniz?" sualına Elmir "Dayı deyə çağırıram" deyib.





up