Məşhur türk model ABŞ kəşfiiyatı (FBİ) tərfindən evinə basqınla saxlanılıb.
AZİNFORM.AZ Türkiyə mediasına istinadla xəbər verir ki, ötən il Mayamidə Fevzi Kardeseci ilə ailə quran model Yeşim Erçetin bu gecə səhərə yaxın yaşadığı evdə əriylə birgə tutulub.
Məlumata görə, cütlük kripto pullarla bağı qanunsuz əməliyyatda ittiham olunublar. Hər iki şəxsin bütün hesabları və pasportları bloklanıb.
Məsələ ilə bağlı açıqlama verən modelin əvvəlki əri Əmrə Matraş deyib ki, qonşular olmasaymış, əməliyyat zamanı orada evdə olan 10 yaşı qızına da Amerika kəşfiyyatı "əl qoyacaqmış": "Yerli qanunlara görə, bu hada mən onu 16 yaşadək Türkiyəyə gətirə bilməyəcəkdim. Yaxşı ki, yan qonşular qızımı aparmağa qoymayıblar. İndi onları 50-100 min dollar girovla da qurtarmaq mümkün deyil. Keçmiş arvadım yeni ərinin dələduizluğuna qurban oldu". /reyting.az/