Xalq artisti Aygün Kazımova yeni açıqlamaları ilə gündəmə gəlib.
"10-da görüşək" verilişinə qonaq olan sənətçi bəzi həmkarlarının qazancını sənətinə, bəzilərinin isə mal-mülkə sərf etdiyini bildirib.
Xalq artisti isə qazancını daha çox layihələrinə xərclədiyini deyib:
"Mən o sənətçilərdənəm ki, nə qədər çox qazancım olarsa, bir o qədər gözəl layihələrim olar. Mən ondan həzz alıram. Düşünürəm ki, etdiklərim doğru olur.
Məndən qızıma miras qalanlar yetər ona. Qaldı ki, mal-mülk.. Süleymana qalmayan dünya kimə qalar. Amma mənim mahnılarım, kliplərim qalacaq". /baku.ws/
AZİNFORM.AZ