Zaur və Günay Baxşəliyevlər aparıcısı olduqları "Zaurla Günaydın" səhər şousunun çəkiliş heyəti ilə bərabər şairə Nazilə Səfərlinin Yasamal rayonu, Tiflis prospektində yerləşən çoxmərtəbəli premium yaşayış binasındakı yeni evinə yollanıblar.
AZİNFORM.AZ xəbər verir ki, sənətçinin mənzili genişliyi, işıqlığı və zövqlü təmiri ilə diqqət çəkib.
Efirdə Səfərlinin yeni evini nümayiş etdirən Zaur şairənin mənzilindən gileylənib:
"Nazilənin evində oturmağın bir saatı bir manatdır. Evə girən kimi xərcə düşürsən. Neçə saat oturursan, o qədər də pul ödəyirsən (Sözügedən yaşayış kompleksinin parkinqində avtomobilin saxlanılmasının hər saatı bir manatdır - red.) Hələ binanın içinə girəndə sənə "vizit kartı" verirlər. Əgər verilən kartı itirsən cərimə olaraq altı manat pul ödəməlisən".
Nazilə isə Zaurun bu sözlərinə "Qəribə adamlarsız. Sabah birinin evini kimsə girib oğurlasa və ya problem yaransa deyəcəklər ki, nəzarət yoxdur. Nəzarət də olanda lağa qoyursunuz. Nə istəyirsiniz? Nəzarətdirdə..." deyə cavab verib.Verilişin gedişatında Günay bildirib ki, bu mənzili Nazilə Səfərli gələcəkdə ikinci oğlu evləndikdən sonra ona hədiyyə edəcək.
Qeyd edək ki, Nazilə Səfərli böyük oğlunu evləndirdikdən sonra özünün yaşadığı evi onlara hədiyyə verib.