"Kimsə haqqımda nəsə yazanda da, atıram onları qara siyahıya" - VİDEO
13-01-2023, 20:49

"Allah günahlarımı təmizləsin, onların ayaqlarına yazsın. Nə qədər istəyirlər haqqıma girsinlər. Ağızlarına gələni yazırlar".

AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov "Şou xəbər" verilişinə müsahibəsində deyib.

Sənətçi sosial şəbəkələrdə haqqında mənfi şərhlər yazanlara cavab vermədiyini bildirib:

"Kimsə haqqımda nəsə yazanda da, səliqəli şəkildə atıram onları qara siyahıya. Sosial şəbəkədə haqqımda xoşagəlməz şərhlər yazanlara cavab vermirəm. Niyə? O haqqıma girir.

Qoy girsin! Allah buyurur ki, bir kəs haqqına girirsə, əgər sən ona cavab verməyəcəksənsə, sənin günhalarını silib, onun ayağına yazacağam. Haqqa girənlərin haqqı olmaz. Haqqa girmək biri bir qəpikdəndir. Hamı hamının haqqına girir".





up