İzzət Bağırov botoks etdirən həmcinslərini qınayıb
28-10-2022, 16:42

“Qocalmışam. Köhnə fotolara və çəkilən videolara baxanda fərqi görürəm. Artıq 46 yaşım var. 32 ildir səhnədəyəm. Bizi cavan saxlayan isə səhnədir. O da olmasa təbii ki...”

Azinform.az xəbər verir ki, bu sözləri müğənni İzzət Bağırov “Həmin Zaur” proqramında qonaq olarkən deyib

İfaçı estetik əməliyyat etdirmədiyini vurğulayıb və botoks etdirən həmcinslərini buna görə qınayıb.

“Xarici görkəmimə əl gəzdirməmişəm. Nə varsa, hamısı özümünküdür. Bir də görürsən ki, kimsə saç əkdirir. Ona etirazım yoxdur. Saç əkdirmək gözəl şeydir. Saç olamayanda və ya burun həddən artıq yekə olanda insan kompleksə düşür. Böyük, əyri burnu aradan qaldırmaq üçün plastik əməliyyat keçirirlər. Burada nə var ki? Amma kişilərin üzə botoks vurmasını qəbul etmirəm”. 






up