Əməkdar artist Lalə Məmmədovaya ağır itki üz verib.
Sənətçinin atası Nadir Məmmədov vəfat edib.
Bu barədə Məmədovanın prodüseri AZİNFORM.AZ-a açıqlamasında bildirib.
Qeyd edək ki, Lalə Məmmədovanın alim atası Nadir bəy uzun müddət idi ki, altsheymer xəstəliyindən əziyyət çəkirdi. Bu barədə Lalə dəfələrlə verilişlərdə özü qeyd edib.