DİGƏR XƏBƏRLƏR
Özünü müğənni Doğuşun oğlu kimi təqdim edən Seyid adlı türkiyəli gənc Türkiyə mətbuatının marağına səbəb olub.
AZİNFORM.AZ xəbər verir ki, artıq bu barədə “Hürriyet”, “CNN Türk”, “TV100” və s. məşhur nəşrlər yazıb.
Bildirilir ki, 22 yaşlı gənc Doğuşu onun atası olması iddiası ilə məhkəməyə verib.
Artıq tərəflər DNT analizi veriblər, nəticəni gözləyirlər.
Bundan başqa, Seyidin Doğuşla bənzərliyi diqqət çəkib.
Qeyd edək ki, bir müddət əvvəl Seyid Doğuşun həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızının “Günaydın, Azərbaycan” verilişində qonaq olub. Aparıcı tərəfləri DNT analizi verməyə çağırıb.