Aysun: “Eşqin mənə heç bir qadağa qoymayıb” - VİDEO
29-12-2022, 14:09

“Var, hər ailədə də olur. Mən elə bilirdim ki, söz-söhbət yalnız bizdədir. Amma gördüm ki, hər ailədə var. Bir sənətçi üçün ailəni qoruyub saxlamaq çox çətindir. Əlimdən gələni edirəm ki, ailəmi qoruyum saxlayım”.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri müğənni Aysun İsmayılova qonaq olduğu “7 canlı” axşam şousunda deyib.

Sənətçi həyat yoldaşı Eşqin Cəlilovla aralarında yaşanan problemlərdə söz açıb:

“Eşqin mənə heç bir qadağa qoymayıb. O, ailə quranda bilirdi ki, kiminlə ailə qurur. Səhv bir hərəkətim yoxdur, olmayıb da. Eşqin mənə qadağa qoymur ki, bunu bir daha etmə. Ailədə hər şeyi məsləhətləşməklə etmək lazımdır. Hər hansısa bir addımı atanda ailəmlə, həyat yoldaşımla, anamla məsləhətləşirəm. Yəni özbaşına deyiləm. Ona görə də Eşqinlə aramızda elə də böyük problemlər olmayıb. Bizim ailə problemimiz tamam başqa problem idi. Müdaxilələr və çox qarışıq məsələlər vardı. İkimizin arasında şəxsi problemlərdən irəli gəlmişdi. Nədənsə yox... Şükür ki, keçdi, getdi. Bir daha olmaz!”.

Qeyd edək ki, bir müddət əvvəl Aysun İsmayılova ilə Eşqin Cəlilovun münasibətlərinin korlandığı və ayrılması iddia olunub.

Bir neçə həftə əvvəl isə müğənni “Məhkəməyə qədər gedib çıxmışdıq, amma dayandıq. Çünki hərə bir söz danışır. Hər gənc ailədə ilk aylarda belə problemlər olurmuş.

Elə bilirdim ki, tək məndədir. Baxdım ki, hamıda belədir. Biz də o mərhələdən bir yerdə keçdik, ayrı-ayrı yox. Bir müddət bir-birimizə vaxt verdik, bir-iki ay ayrı qaldıq. Mən heç vaxt danışmadım, indi də barışıq gedir deyə, açıqladım” açıqlaması ilə uzun sürən sükutu pozub.







up