Safura ilə Fərhadın romantik anları - FOTOLAR
28-12-2022, 12:40

12 il əvvəl Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə ailəsi ilə Bakıya gəlib.

AZİNFORM.AZ bizim media-ya istinadən xəbər verir ki, ifaçının Vətənə qayıtması həyat yoldaşı iş adamı Fərhad Əliyevin doğum günü olub.

Belə ki, Safura ötən axşam Fərhadla paytaxtın dəbdəbəli restoranlarının birində şam yeməyinə yollanıb.

Onlar daha sonra yerli kinoteatrların birində film də izləyiblər.

Həmin anları isə sənətçi sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, Fərhad Əliyev keçmiş energetika naziri, mərhum Natiq Əliyevin oğludur. Safura - Fərhad cütlüyünün Ayşə adında bir qız, İsgəndər və Natiq adlı iki oğlan övladı var.






up