Elgiz Əkbər aparıcısı olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
AZİNFORM.AZ xəbər verir ki, 7 il əvvəl özünə dəmdəskahlı toy edən aparıcı bir sıra müğənnilərin ondan incidiyini bildirib.
"Toyumda iki-üç müğənni acıq edib, getmişdi. Məndə günah yoxdur. Onların toyumda ifa etməsini tənzimləyən insan vardı. Onların oxumasına vaxt çatmamışdı. Necə bunu yoluna qoya bilərdim ki? İncidilər ki, onlara oxumağa icazə vermədim".
Qeyd edək ki, Elgiz Əkbər 2015-ci ildə Əsmər adlı xanımla ailə həyatı qurub. Cütlüyün bir il sonra Lalə adında bir qız övladı dünyaya gəlib.