Məşhur aktrisanın qəfil ölümündə ŞOK DETAL: "10 il əvvəl ..." - VİDEO
23-12-2022, 20:39

Dörd ay əvvəl qəfil dünyasını dəyişən 32 yaşlı cənubi afrikalı aktrisa Çarlbi Dinin ölüm səbəbi aylar sonra açıqlanıb. Aktrisanın ölümündən 10 il əvvəl keçirdiyi ümumi əməliyyatdan sonra yaranan ağırlaşma səbəbindən öldüyünü təsdiqləyir.

AZİNFORM.AZ xəbər verir ki, məşhur aktrisanın ölüm səbəbini eşidən hər kəs şok yaşayıb.

Aktrisanın meneceri Çarlbi Dinin ölüm səbəbini aylar sonra açıqlayıb.

Aktrisa kapnositofa bakteriyasının yoluxması nəticəsində bakterial sepsisdən (qan zəhərlənməsi) ölüb. Dalağın olmaması kimi tanınan asfeniya səbəbiylə fəsadlar yaşayan məşhur aktrisanın 2009-cu ildə baş verən qəzaya görə dalağı çıxarılmalı olub.

Qeyd edək ki, 29 avqust 2022-ci ildə vəfat edən Çarlbi Dinin baş rolda oynadığı “Triangle of Sadness” Kann Film Festivalında baş mükafata layiq görülüb.

 





up