Zamiq Hüseynovun "İfadə"si... -VİDEO
19-12-2022, 19:48

Müğənni Zamiq Hüseynov sözləri və musiqisi Zamiq Əliyevə məxsus «İfadə» adlı yeni mahnı və klipini izləyiciləri ilə bölüşüb.

AZİNFORM.AZ teleqraf.com-a istinadən xəbər verir ki, pop ulduz bu dəfəki ekran işini yenə də rejissor Emin Muradova həvalə edib.

Lirik balladada müxtəlif yaşda olan cütlüyün sevgi macərası, xoşbəxt rəqsi göstərilir. Sadə süjet xətli ekran işi artıq yutub kanalına yerləşdirilib.





up