Nadir gəlinindən YAZDI: "Bir ildir ki, ocağımızı isidirsən" - FOTO
19-12-2022, 00:11

Müğənni Nadir Qafarzadə gəlini Əntiqəylə bağlı paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc və gəlini Əntiqə ilə birlikdə çəkilmiş fotosunu sosial şəbəkə hesabında izləyicilərlə bölüşüb.

Qafarzadə böyük oğlu Loğmanla Əntiqənin evliliyinin bir ili tamam olmasını bildirib:

“Evimizin gülü, çiçəyi! Həyatın özü qədər gözəl qızım. Artıq bir ildir ki, ocağımızı isidirsən”.

Qeyd edək ki, Sevinc adlı xanımla evli olan Nadir Qafarzadənin bu nikahdan Loğman və Əziz adlı övladları var. Kiçik oğlu Əziz subay olsa da, müğənnin böyük oğlu Loğman ötən il dekabrın sonlarında Əntiqə adlı xanımla ailə qurub. /bizim.media/





up