"Reallığı deyir, sözüm manşet olur"
17-12-2022, 13:23

"Məndən heç kim örnək götürməsin. Heç kimə örnək olmaq istəmirəm. Sırf özüməm, özüm olmaq istəyirəm".

AZİNFORM.AZ yenilik.az-a istinadən xəbər verir ki, müğənni Ayan Babakişiyeva "MTV maqazin"ə açıqlamasında bu sözləri deyib. Müğənni sosial şəbəkədə ona yazılan tənqidlərdən danışıb:

"Bəzən xanımlar yaxınlaşıb, tərif deyirlər. Cavab verirəm ki, efirdə də məni həyatda olduğum kimi görə bilsələr... Çox yaxşı olardı. Reallığı deyir, sözüm manşet olur. Xəyal dünyasında yaşamıram".





up