Ayan Babakişiyevanın Türkiyədəki evində KAMERAYA DÜŞƏN ZƏLZƏLƏ ANI - VİDEO
23-11-2022, 20:12

Müğənni Ayan Babakişiyeva sosial şəbəkədə yeni paylaşım edib.

AZİNFORM.AZ xəbər verir ki, şəxsi instaqram hesabında Türkiyədəki mənzilinin görüntülərini paylaşan Ayan zəlzələnin onun İstanbuldakı evində də hiss edildiyini bildirib. İfaçı həmin an kameraya düşən görüntüləri izləyiciləri ilə bölüşüb:

"Bu da İstanbuldakı hiss olunan zəlzələ. Evin kamerasına baxdım. Önəmli olan cana zərər gəlməsin. Hər gün bir həyəcanla oyanırıq. Sanki dünya artıq insanlardan bezib. O qədər pislik, vicdansızlıqlar olur ki..."

Xatırladaq ki, Türkiyənin Düzce vilayətində bu gün yerli vaxtla 04:08-də 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Təbiət hadisəsi İstanbul başda olmaqla Ankara, Sakarya, Bursa, Bolu və bir neçə şəhərdə çaxnaşmaya səbəb olub.

Yuxudan zəlzələ ilə oyanan vətəndaşlar qorxu içində evlərini tərk ediblər. Bəzi binaların divarları dağılıb, marketlərdəki məhsullar yerə tökülüb. /baku.ws/





up