Rusiyanın məşhur azərbaycanlı video bloqeri və iş adamı Hüseyn Həsənov özünə dəbdəbəli avtomobil alıb.
AZİNFORM.AZ xəbər verir ki, bloqer Dubaydakı avto salonların birindən dəyəri 1 milyon 233 min manata “Rolls-Royce Ghost” markalı lüks nəqliyyat vasitəsinə sahiblənib.
Qeyd edək ki, Hüseyn Həsənovun şəxsi qarajında “Lamborghini Urus” – 548 min manat, “Rolls-Royce Cullinan” – 685 min manat, “Lamborghini Aventador” – 550 min manat, “Mercedes-AMG G63” – 822 min manat avtomobilləri var. Bloqer qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb.