DİGƏR XƏBƏRLƏR
Mərhum Xalq artisti Arif Quliyevin qızı Günel "Səhər mərkəzi" verilişində qonaq olub.
AZİNFORM.AZ xəbər verir ki, Günel atasının gizli hobbisindən danışıb.
"Atam təsbeh düzəldirdi. Səhər saat 5-ə kimi oturub onları yığırdı. Bəlkə 600-ə yaxın təsbehi var. Atam çox sərt idi. O, evə gələndə, hərəmiz bir yana qaçırdıq".
Arif Quliyevlə bağlı süjeti izləyən Günel göz yaşlarını saxlaya bilməyib.