“Qarşıma şərt qoydular, qərar verə bilmirdim”-Məlahət Abbasova niyə imicini dəyişib?
21-11-2022, 22:47

Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı aktrisa, Əməkdar incəsənət xadimi Məlahət Abbasovanın son günlər xarici görkəmində etdiyi dəyişiklər gündəm olub. Sənətçinin saçlarını kəsdirdiyi və onları rənglədiyi diqqətdən yayınmayıb.

AZİNFORM.AZ xəbər verir ki, xarici görkəmi ilə bağlı izləyicilərin suallarını cavabsız qoyan aktrisa özəl olaraq moderator.az-a açıqlama verib. Sənətçi bildirib ki, imicində etdiyi dəyişikliyinin səbəbi yeni seriala çəkilməsidir.

“Artıq bu gündən etibarən hər axşam saat 19:00-da Kanal 7-də Karamel yapımın layihəsi olan, rejissor Ayhan Özenin çəkdiyi “Əsarət” adlı bir serialda Afifə Demirhanlı rolu ilə qarşınızda olacağam. Mənə bir neçə kanaldan serial təklifləri gəlmişdi, onları dəyərləndirirdim. Bu anda daha öncə də “Sevda kuşun kanadında” serialında birlikdə çalışdığımız rejissor Ayhan Özen mənə zəng etdi. Dedi ki, “Əsarət” adlı seriala başlayıram, 3 gündən sonra çəkilişlərə start verəcəyik, amma baş rolu hələ də dəqiqləşdirə bilmirəm. Əgər qəbul edərsənsə həmin rolu sən oyna. Ayhana çox inandığım, güvəndiyim üçün, mənim aktrisalıq qabiliyyətimi də bildiyi üçün bu rolu qəbul etdim. Mən bilirdim ki, o mənə sıradan bir rol təklif etməz. 2 günün içində həmin rola uyğun olaraq saçlarımı kəsdilər, onları rənglədilər. Şirkətin əsas istəyi bu idi. Çünki bundan əvvəl də iki mövsüm kanal 7-də “Yemin” serialında Münəvvər rolunda oynayırdım. Bu obraz da insanların yaddaşına həkk olunduğu üçün mütləq şəkildə imicimi dəyişdirməli idim. Eşidəndə ki, saçlarımı kəsdirib, boyamalıyam qərar verməkdə bir az çətinlik çəkdim. Amma şirkət sahibi Nazmiyə xanım, rejissor Ayhan Özen məni inandırdılar ki, bu xarakter üçün mütləq lazımdır. Qərar verdim və saçlarımı kəsdilər. İlk olaraq imicimi dəyişdirdim, sonra obrazımla, ssenari ilə tanış oldum” deyə sənətçi bildirib.

Məlahət Abbasova bildirib ki, ilk dəfədir ki, belə bir obraz oynayır.

“Həyatımda ilk dəfədir ki, bu cür obraz oynayıram. Afifənin öz inadı, qanunları, qürur var. Böyük və köklü sülalədən olduğu üçün, aristokrat bir ailədən gəldiyi üçün həyatda nə istəyirsə o olur. Afifə Osmanlı paşasının qızıdır. Yalnız öz istəklərini insanlara qəbul etdirir. Dünyanın mərkəzində o, onun qanunları durur. O hamıdan ağıllıdır. Çünki həyatında çox şey yaşayıb, bədbəx bir evlilik həyatı olub. Həyata qarşı inamsız, amansız davranır. Bunu övladlarına yansıtmamağa, hər şeyi öz içində həll etməyə çalışır. Öz geyiminə, danışığına, hərəkətinə son dərəcə diqqət edən bir xanımdır. Çox sevinirəm ki, belə bir layihə və rol ilə tamaşaçıların qarşısına keçirəm. Bəlkə də tamaşaçıların çoxunun məndən acığı gələcək, amma mən bu rol ilə həyatımda yeni cığır açacam, yeni bir xarakter oynamış olacağam. Çünki indiyə qədər oynadığım bütün rollar bir-birinə çox yaxın olub, ona görə də çox çətinlik çəkməmişəm. Əsas məqsəd o idi ki, mən “Yemin” serialındakı Münəvvər rolundan ayrılım. Eyni xarakter olmasın. Çox gözəl çəkilişlərimiz gedir. Oğlum rolunu məşhur aktyor Cenk Torun oynayır. Onu daha əvvəl də “Çılqın Bediş” və s. seriallardan tanımısınız. Baş rollardan birini də Afrika vətəndaşı olan Faslı Mahsine adlı bir qız oynayır. Çox gözəl bir kollektivimiz var. Mən rolumla bağlı öz üzərimə düşən o ağırlığın altından çıxmağa çalışıram. Bütün kollektivimizə uğurlar arzulayıram” deyə aktrisa bildirib.





up