"Hamıya nəsib olsun o yarı tapmaq ki, sizi güclü lider etsin" - Şəhriyar Əbilov
19-11-2022, 13:24

Uzun müddət boşanma xəbərləri ilə gündəmdən düşməyən aparıcı Şəhriyar Əbilov müsahibə verib.

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri aparıcı Şəhriyar Əbilov "MTV maqazin" proqramında deyib.

Şəhriyar keçmiş xanımı, aktrisa Oksana Rəsulova ilə bağlı sualları cavablandırmayacağını bildirib:

"Hər şey ola bilər. Bir də gördüz elə bir eşqə rast gəldim ki, o, mənim həyatımı 180 dərəcə yox, tamamilə dəyişdi. Hər kəs həyatda öz yarını axtarır, hamıya nəsib olsun o yarı tapmaq ki, sizi güclü lider etsin. Hazırda hər şeyə Allahın bir sınağı kimi baxmaq lazımdır. Nə olursa, Tanrı sizi sevdiyindən verir. Övladımız hər ikimizin də yanındadır. Düşmənliyimiz yoxdur, hər şey yaxşıdır. Hər bir kəsin, həyatımda olan insanların, xoşbəxtliyini istəyirəm. Hər kəs öz arzusuna doğru gedir, o arzu onları yaxşı tərəfə yönəltsin, pisə yox".





up