Müğənni: “Bəzi qızlar var ki, deyirlər evli kişi ilə oturum-durum" - VİDEO
7-11-2022, 01:00

Müğənni Səidə Sultan evli kişilərlə oturub-duran qızlardan danışıb.

AZİNFORM.AZ xəbər verir ki, müğənni belə şeylərə pis baxmasa da, bunu özünə rəva görmür:

“Bəzi qızlar var ki, deyirlər evli kişi ilə oturum-durum. Mən həmişə elə şeylərdən qaçmışam. Belələrinə pis də baxmıram, amma özüm xoşlamıram. Kiminsə yuvasını dağıtsam, özümü günahkar sayaram. Valideynlər tanıyıram ki, istəyirlər 17-18 yaşlı qızlarını evli, pullu kişilər saxlasınlar. Əvəzində qızlarının pulu, maşını, evi olsun.

30 yaşıma qədər bunu etməmişəmsə, indən belə də etmərəm. Vaxtında olub ki, milyonları ayaqlarımın altına səpmək istəyən evli kişilər mənə saxlamaq təklif ediblər, amma buna razılıq verməmişəm”.





up