“Həyat yoldaşım yanaqlarımı və gözlərimi sevir” – ŞƏBNƏMDƏN ETİRAF
6-11-2022, 22:02

Müğənni Şəbnəm Tovuzlu şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.

Şəbnəm Tovuzlu “MTV maqazin” verilişində bu sözləri deyib:

“Qadın sevəndə gözəlləşir. Mənə 38 yaş verərsiniz!? Xeyr. Ancaq 32 yaş verirlər. Qadın bir kişini ürəkdən sevərsə günü-gündən daha da gözəlləşir. Nə qədər pulu olsa, ən populyar qadın belə olsa sevməsə heç nədir”.

İfaçı həyat yoldaşı Hacı Ramilin sevgisindən də danışıb: “Həyat yoldaşım yanaqlarımı və gözlərimi sevir”.

Sənətçi ikinci dəfə ailə quranları qınayanlara da cavab verib: “Bəzən qınayırlar ki, niyə kişi ikinci dəfə ailə qurdu? Heç vaxt bilmək olmaz ki, insanın həyatında nə olacaq!? Təbii ki, kişi ailəsini qorumalıdır, ikinci dəfə ailə qurmağa çalışmamalıdır.
Hər zaman kişilər nəvaziş istəyir”.

Qeyd edək ki, Şəbnəm Tovuzlu bir Hacı Ramil ilə evlidir. Onun bu nikahından Əli adlı oğlu var.





up