Mələkxanım Eyubova həyat yoldaşı ilə görüntüləndi - VİDEO
5-11-2022, 11:57

Xalq artisti Mələkxanım Eyubova həyat yoldaşı Xosrov Nəcəfovla birlikdə görüntülənib.

AZİNFORM.AZ xəbər verir ki, onları birlikdə "Zaurla Günaydın" kamerasına tuş gəliblər.

Xanəndə ilə bağlı suallara X.Nəcəfov "Onun oxuduğu bütün mahnılar mənim üçün xoşdur. Söz verdi ki, sənətin zirvəsini fəth edəcəyəm. Bunu da sübut etdi. Ona dəstəyimi əsirgəmədim. İlk əvvəl razı deyildim. Sonradan gördüm əzab çəkir, sənət sevgisindən irəli gəlirdi. O əziyyət çəkirdi, mən ondan çox əziyyət çəkirdim. Gördüm oxumalıdır, səhnədə olmalıdır. Nə qədər həyatdayam onun xidmətində olacağam" cavabını verib.

Qeyd edək ki, polis polkovniki Xosrov Nəcəfov ötən il vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.





up