"Deyirlər ki, uzaq yerin halvasın, hoza ilə döyərlər" - Yusif Mustafayev
2-11-2022, 21:38

Əməkdar artist Yusif Mustafayevin aerofobiyası (təyyarə ilə uçmaqdan qorxmaq) olduğu üzə çıxıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə sənətçi “Xəbər-ətər” verilişində danışıb. O bildirib ki, bu səbəbdən nə xaricdə istirahət edir, nə də orada keçirilən toylara gedir. Müğənni aparıcının "Xaricdən böyük məbləğdə toy təklifi gəlsə, getməzsiniz" sualına isə belə cavab verib:

"Getmərəm, əgər alnıma yazılıbsa, harada olmağıma baxmayaraq Allah o bərəkəti mənə verəcək. Qurban olum Azərbaycanın bərəkətinə. Deyirlər ki, uzaq yerin halvasın, hoza ilə döyərlər. Arıq öz yerində kökələr”.





up