Əməkdar artistin Venesiyada meydandakı rəqsi - VİDEO
1-11-2022, 22:01

Əməkdar artist Mələk Abbaszadə instaqramdakı paylaşımı ilə diqqət çəkib.

AZİNFORM.AZ xəbər verir ki, Səməd Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası 53 yaşını Venesiyada keçirib. O, San-Marko meydanında rəqs etdiyi anın görüntülərini bölüşüb.

Abbaszadə geridə qoyduğu ilin onun üçün çox çətin olduğunu bildirib. Aktrisa səhhəti ilə bağlı yaşadığı problemi bu cümlələrlə xatırlayıb:

"Özümdə hər şeyi itirdim, hətta özümü də. Və indi yenidən yaşamağı öyrənirəm...".

Qeyd edək ki, M.Abbaszadə qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkdiyini açıqlamışdı.





up