"Elə bir dünyada yaşamaq istəyirəm ki, hicab siyasət aləti olmasın"
7-10-2022, 18:21

Keçən il islamı qəbul edən rusiyalı model Anastasiya Reşetovanın instaqram hesabında hicabı taxmağa məcbur edən qaydalara münasibət bildirib.

AZİNFORM.AZ xəbər verir ki, model bu seçimin istənilən formada qanunun tərəfindən müəyyən edilməsinin tərəfdarı olduğunu bildirib:

"Elə bir dünyada yaşamaq istəyirəm ki, hicab indi bəzi ölkələrdə olduğu kimi siyasət aləti, rüsvayçılıq səbəbi, etiraz aksiyaları və ya qətllər üçün təkan olmasın. Dini libası geyinməyə məcbur etmək olmaz, bu, qəlbin seçimidir!

Qanunvericilik səviyyəsində qadına hicab taxmağı və ya taxmamağı qadağan etmək mümkün deyil. Hicab çox şəxsidir. Kimisi buna dərhal qərar verir, kimisi də Allahın qismət etdiyi öz yolu ilə gedir. Bir insanla onun mənəvi hissi arasındakı dialoqu poza bilməzsiniz.

Razılaşın ki, bunu Allah üçün səmimi şəkildə edən örtülü qızların üzünə baxmaq daha xoşdur".

Qeyd edək ki, əxlaq polisi tərəfindən zorakılığa məruz qalan və dünyasını dəyişən 22 yaşlı Məhsa Əmininin qətlinin ardından İranda etiraz aksiyaları başlayıb. Aksiyalar zamanı daha üç qadın - 23 yaşlı Hananeh Kia, 33 yaşlı Qəzəli Çələvi və 20 yaşlı Hədis Nəcəfi öldürülüb.





up