Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 557 yoluxma faktı qeydə alınıb
28-08-2022, 17:31

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 557 yoluxma faktı qeydə alınıb, 576 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZİNFORM.AZ-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 812 min 116 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 798 min 719 nəfər müalicə olunaraq sağalıb, 9 min 805 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 592 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 min 320, bu günə qədər isə ümumilikdə 7 milyon 145 min 345 test icra olunub.





up