Meymunçiçəyi Azərbaycana yayılıb? - TƏBİB
25-07-2022, 23:19

Son həftələrdə koronavirusa yeni yoluxmaların sayında artım müşahidə edilir. Bununla bağlı əhaliyə bir neçə dəfə müraciət edilib.

AZİNFORM.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, təşvişə səbəb olacaq hadisə yoxdur. Epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır.

Departament rəhbəri açıqlamasında Azərbaycanda meymunçiçəyinə yoluxma halının qeydə alınmadığını da bildirib.





up