Elə insanlar var ki, yayda qarpız pəhrizi saxlayır. Bu tamamilə yalnış hesab edilir. Çünki, qarpız pəhrizi zamanı orqanizm piy kütləsi əvəzinə əzələ kütləsi və su itirir. Bu da pəhrizi dayandırdıqdan sonra, müəyyən çəki atmağınıza baxmayaraq, bu çəkilər artıqlaması ilə qayıdır.
AZİNFORM.AZ xəbər verir ki, endokrinoloq Aysel Əhmədovanın sözlərinə görə, qarpızın tərkibindəki amin turşusu (eresitrolin), bu qaraciyər və bağırsaqlarda amin turşusuna çevrilərək, damar mənfəizində olan oksidin aksin birləşməsinə təsir göstərir.
“Bu isə orqanizmdə bir çox fiizoloji funksiyalarda önəmli olan maddədir. Qarpız eyni zamanda qan dövranını yaxşılaşmasının, ürək – qan damar və sinir xəstəliklərinin qarşısının alınması və yaxşılaşmasında böyük bir rolu vardır.
Qazrpızın tərkibində likopen maddəsi vardır ki, bu da xərçəng əleyhinə olan maddədir. Qarpızdan mövsümündə yararlanmaq lazımdır. Lakin miqdarına diqqət etmək önəmlidir.
Ümumiyyətlə, pəhriz balanslaşdırılmış şəkildə olmalıdır. Həm yağ, həm karbohidrat – protein mənbəyi düzgün sağlam şəkildə alınmalıdır”. /medicina/
Facebook
Вконтакте
Одноклассники
Google+