Qırılan və köhnəlmiş saçlarınızı bərbərlərə həvalə edib kəsdirməyə cəsarət etmirsinizsə, onlara sağlam görünüş vermək üçün maskalardan istifadə edə bilərsiniz. Saçlarınızın qısalığından və ya gec uzanmasından şikayətçisinizsə, bu maskalar sizə bu problemi həll etməyinizdə köməkçi olacaqdır.
AZİNFORM.AZ bildirir ki, evdə özünüzün asanlıqla hazırlayacağı bu təbii maskalar sayəsində saçlarınızın tez və qısa müddətdə uzanmasına nail ola bilərsiniz.
1. Zeytun yağı və avokado ilə saç maskası
Materiallar:
1 xörək qaşığı zeytun yağı
yarım avokado püresi
Tətbiq: Maskanı tətbiq etməzdən əvvəl saçınızı nəmləndirin. Əzilmiş avokado və zeytun yağının yarısını qarışdırın. Maskanı saçınıza çəkin və bir saat saxlayın, sonra su ilə yuyun. Saçınızın gücünü bərpa etmək üçün bu maskanı həftədə bir dəfə tətbiq etməyi məsləhət görürük.
Materiallar:
1 xörək qaşığı aloe vera yağı
1 xörək qaşığı şirin badam yağı
1 çay qaşığı süd
Tətbiq: Bütün inqrediyentləri bir qabda qarışdırın. Maskanı bölünmüş uclarınıza çəkin və inqrediyentlərin asan udulması üçün folqa ilə sarın. 45 dəqiqədən sonra yuyun. Ən yaxşı nəticə üçün bu maskanı həftədə bir və ya iki dəfə tətbiq edin.
3. Yumurta ağı, kastor yağı və zeytun yağı ilə saç maskası
Materiallar:
1 yumurta ağı
Yarım çay qaşığı gənəgərçək yağı
1 xörək qaşığı zeytun yağı
Tətbiq: Yumurta ağını gənəgərçək yağı və zeytun yağı ilə qarışdırın. Maskanı zədələnmiş uclara çəkin və 30 dəqiqə buraxın. Maskanı su ilə yuyun. Kastor yağı saçlarımızın ehtiyac duyduğu A və B vitaminləri ilə zəngindir. Zeytun yağı, saçları zülalla təmin edən yumurta ağı ilə birlikdə saçlara parlaqlıq verir.
AZİNFORM.AZ