Kişilərdə səsdə dəyişiklik – Bu xərçəngdən ola bilər
13-07-2023, 10:10

Səs tellərindəki qəribə dəyişiklik ağciyər xərçənginin başladığını göstərə bilər.

AZİNFORM.AZ xəbər verir ki, Beynəlxalq Ağciyər Xərçəngi Fondunun təqdim etdiyi məlumatlara görə, səsdə zəifləmə, batıqlıq ağciyər xərçənginin göstəricisi ola bilər.

Ağciyər xərçəngi ən çox yayılmış onkoloji xəstəlikdir. Hazırda onun müalicəsi yoxdur. Mütəxəssislərin diqqət etməyi tövsiyə etdiyi əlamətlərdən biri də səsin dəyişməsidir.
Səsin səbəbsiz xırıltısı və ya zəifləməsi varsa, müayinədən keçmək və səbəbini müəyyən etmək lazımdır.

İngilis mütəxəssislərinin sözlərinə görə, səsdə dəyişiklik ağciyər şişinin döş qəfəsində yerləşən qırtlaq sinirinə etdiyi təzyiq nəticəsində yarana bilər. Daha tez-tez səsdə belə bir dəyişiklik sol ağciyərdə bir şiş olduqda baş verir.

Boğuq səsə əlavə olaraq, aşağıdakı simptomlar da ağciyər xərçənginin inkişafını göstərə bilər:

• udma çətinliyi (disfagiya) və ya udma zamanı ağrı
• nəfəs alarkən xışıltı
• üz və ya boyun şişməsi

• davamlı sinə və ya çiyin ağrısı
• barmaqların görünüşündə qeyri-adi dəyişikliklər: məsələn, onların falanqaları qalınlaşır.  /medicina/







up