Cinsi zəifliyin təbii müalicəsi
10-09-2022, 23:17

Kişilərdə potensiya problemi qədim zamanlardan bəri diqqət mərkəzindədir. Belə ki, keçmiş dövrlərin məşhur həkimləri, loğmanları cinsi zəifliyin müalicəsi yollarını tapmağa çalışmış və bu istiqamətdə bir çox araşdırmalar aparmışlar. Bu məqsədlə cinsi zəifliyin təbii müalicəsi reseptləri tərtib edilmişdir. Bir neçə maraqlı resept ilə Sizi tanış edirik.

Nou-xau kamasutra
Qədim induslar cinsi əlaqədən bir gecə öncə süddə bişirilmiş düyünü qızardılmış soğan, sərçə yumurtaları və bal ilə yeməyi tövsiyə edirdilər.

Cinsi zəifliyin təbii müalicəsi – İbn sinanın sirri
XI əsrin dahi həkimi tibbin qurucusu İbn sina potensiyanı artırmaq üçün qida rasionuna gicitkən, bal, acı bibər, muskat, xoruzun xayalarını əlavə etməyi məsləhət görürdü.

Samurayların rasionu
Yaponiyada keçmiş dövrlərdən etibarən potensiyanı artırmaq istəyən kişilər gündəlik rasiona rəndələnmiş qırmızı turp qatırlar. Son aylarda yapon alimləri çuğundurun da belə bir xüsusiyyəti olduğunu kəşf etmişlər.

Cinsi zəifliyin təbii müalicəsi foto 1

Fransız içkisi
Eyş –işrət macəraları və tüfeyli həyatı ilə tanınan IV Henri ereksiyanın (penisin sərtləşməsi) stimulyasıyası üçün  konyak  ilə yumurta sarısının qarışığını içirdi. Kazanova öz memuarlarında şokolad ilə qozun ereksiyanı stimulə etdiyini yazmışdı.

Cinsi zəifliyin təbii yolla müalicəsi – Roma papasının sousu
Potensiyanın saxlanması və erkən boşalmanın təbii müalicəsi məqsədilə orta əsrlərdə belə bir içkidən istifadə edilirdi. İçkinin tərkibinə xırda doğranmış vetçina, soğan, kök, kərəviz, toyuq bulyonu və ağ şərabda qaynadılmış cəfəri, sarımsaq, qərənfil, limon qabığı daxildir.

Kərəviz köklərini öncədən qızartmaq lazımdır. İnqrediyentləri bulyonda qaynadıb üzərinə yağ və un töküb, qarışdırır. Daha sonra süzüb içirdilər.

Qədim romalıların tövsiyəsi
Romalılar libidonu (cinsi həvəs) artırmaq üçün bütün acı bitkiləri: soğan (xüsusilə qırmızı), sarımsaq, qırmızı və qara bibəri tətbiq edirdilər. Hazırda həkimlər də bu təbii vasitələrin əks-göstəriş olmadığı halda qəbulunu məsləhət görürlər.

Onların təsir mexanizmi maddələr mübadiləsinin sürətlənməsinə, sidik-cinsiyyət yollarının bir qədər qıcıqlanmasına əsaslanır. Mədə və böyrək xəstəliklərlərindən əziyyət çəkən kişilərə acı bitkilər qadağandır.

Cinsi zəifliyin təbii müalicəsi foto 3

Cinsi zəifliyin təbii üsulla müalicəsi – pişik caynağı
Peruda liana unkariya tomentoza bitkisinin ekstraktından hazırlanan pişik caynağı adlı preparat prostatitin müalicəsində uğur qazanmışdır. Bundan başqa dərmanın ereksiyanı da artırdığı sübut olunmuşdur. Prostatit zamanı təyin olunan bəzi preparatların tərkibində testosteronu blokada edən maddələr mövcud olsa da, pişik caynağı istisnadır.

Sibir meşələrinin sirri
Cinsi zəifliyin təbii müalicəsi üçün ilk və ən önəmli bitki əlbəttə ki, jenşendir. Bu bitki yüksək effektivliyə və minimal toksikliyə malikdir. Digər stimulyatorlardan fərqli olaraq, jenşenin tərkib komponentləri tonuslandırıcı təsir göstərərək, uzunmüddətli nəticə verir.

Jenşendan hazırlanmış müxtəlif ekstraktları aptekdən əldə etmək mümkündür. Hətta kiçik dozalarda içildikdə erektil funksiyanı 15% artırdığı təsdiq olunmuşdur.

Cinsi zəifliyin təbii müalicəsi foto 4

Cinsi zəifliyin müalicəsində digər təbii vasitələr
Eleuterokok – jenşenin təbii əvəzedicisi sayılır. Bəzi xüsusiyyətlərinə görə daha üstün sayılır.

Hündür araliya – cinsi zəifliyin təbii müalicəsi üçün daha effektiv, lakin eyni zamanda təhlükəli bitkidir. Arterial təzyiq və ürək-damar xəstəliklərində əks-göstərişdir. Çay günün birinci yarısı 10 damcı içilir.

Çəhrayı rodiola (qızıl kök) – maye ekstrakt şəklində gündə 1 dəfə 6 damcı qəbul edilir.

Pantokrin – cavan maralların sümükləşməmiş buynuzunun ekstraktıdır. Gündə 2 dəfə 30 damcıdan günün birinci yarısı içilir. Müalicə müddəti 3 gündür. Bu dərmanı tez-tez istifadə etmək olmaz.

Pomorların gücü
Dəniz kənarında yaşayan Pomor xalqı cinsi zəifliyin təbii müalicəsi üçün çox sadə üsuldan istifadə edirdi. Gündəlik qəbul olunan məhsullar arasında ət və balığa üstünlük verirdilər. Ətin tərkibində əvəzolunmayan amin turşuları ilə yanaşı B qrup vitaminlər, dəmir və digər faydalı elementlər var. Balıq isə fosfor, maqnezium, yod (dəniz balığında), sink və mislə zəngindir. Bütün bu komponentlər potensiyanın stimulyasiyası üçün çox vacibdir.

Xülasə

Cinsi zəifliyin təbii müalicəsi üçün hər hansı bir vasitədən istifadə etməzdən öncə uroloq-androloq ilə məsləhətləşməyiniz lazımdır.





up