Limfa orqanizmdə çox böyük rol oynayır: bədəni toksin, mikrob və digər ziyanlı maddələrdən təmizləyir. Limfatik sisteminin normal fəaliyyəti üçün insan hərəkətli olmalıdır ki, sistemdə durğunluq yaranmasın və orqanizmin təmizlənməsi prosesi yaxşı getsin.
AZİNFORM.AZ xəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu özünün "Facebook" səhifəsində limfa təmizlənməsi üçün asan resept paylaşıb.
Həmin resepti təqdim edirik:
Tərkib:
- 2 x.q. sürtgəcdən keçirilmiş təzə zəncəfil kökü
- 1 x.q. sarıkök
- yarım limonun şirəsi
- 2 x.q. təbii bal
- yarım l su
Hazırlanması:
Zəncəfili və sarıkökü qazana tökün, üzərinə qaynar su tökün, vam odda qaynara düşənə qədər saxlayın. Qaynamağa başlayan kimi odun üzərindən götürün (qaynatmayın!). İlıq olanda süzün, təzə sıxılmış limon şirəsi və bal əlavə edib qarışdırın.
Alınan dəmləməni sərin yerdə saxlayın. Hər gün 100 ml olmaqla səhər yeməkdən təxminən 30 dəqiqə əvvəl için.
Bu müalicəni 10 gün ərzində edin. /big.az/
AZİNFORM.AZ