Hisdistanın Telanqala ştanının Xayderabad şəhərinin 50 yaşlı sakini gözəllik salonuna getdikdən sonra salon sindromuna tutulub.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.
Məlumata görə, qadın yeni saç düzümü üçün gözəllik salonuna gedib. Saçına olunan qulluqdan sonra qadın özünü yaxşı hiss etməyib. Onun başı fırlanmağa və urəyi bulanmağa başlayıb. Həkimə müraciət edən qadının insult keçirdiyi ehtimal olunub. MRT-dən keçdikdən sonra onun beyin damarlarında qan laxtalarının olduğu aşkar olunub. Məlum olub ki, gözəllik salonunda qadının saçı yuyularkən onurğa arteriyasının sıxılması səbəbindən beyin qan dövranı pozulub.
Hindistanlı qadına qan dövranını bərpa etmək üçün dərmanlar yazılıb və onun ömrünün sonuna qədər onları qəbul etməli olduğu bildirilib. /big.az/