Göyərçinləri zombiyə çevirən xəstəlik aşkarlanıb
30-10-2022, 21:31

La-Manş sahilindəki Cersi adasında (Böyük Britaniya) göyərçinləri zombilərə çevirən xəstəlik aşkarlanıb.

Bu barədə adada heyvanlar üçün sığınacağın nümayəndəsi xəbər verib.

Onun sözlərinə görə, quşlar paramiksovirusdan təsirlənir. Bu infeksiya göyərçinlər üçün təhlükəlidir, lakin digər növlərin nümayəndələrinə ötürülmür.

Xəstəliyin təzahürlərindən biri nevrolojidir: yoluxmuş quşlarda boyun güclü şəkildə çevrilir, qanadlarda titrəmə və koordinasiya ilə bağlı problemlər görünə bilər. Zəiflik, arıqlıq və yaşıl nəcis də müşahidə olunur. /oxu.az/

AZİNFORM.AZ





up