Linzaya görə kor qaldı
19-10-2022, 21:05

Qız kontakt linza qabını kranın altında yuyandan sonra parazit səbəbindən buynuz qişasını itirib.

AZİNFORM.AZ bildirir ki, 25 yaşlı amerikalı Kira Smitin kontakt linzalarının təmizlənməsində düzgün gigiyena qaydalarına əməl etməməsi səbəbindən bir gözünün kor olması haqda hekayəsini "Mirror" nəşri dərc edib.

2021-ci ilin mart ayında Kira nadir bir xəstəlik olan "Acanthamoeba keratit"inə yoluxub. Bu xəstəlikdə "Acanthamoeba" amöbası gözün buynuz qişasına girir. Qız hər gecə çıxardığı, xüsusi məhlulda yuduğu və hər ay dəyişdirdiyi kontakt linzalardan altı il istifadə etdikdən sonra parazit düşüb.

Həkimlər infeksiyanın Kira linza qabını kranın altında yuduqdan sonra baş verdiyini irəli sürüblər. İnfeksiyadan dörd həftə sonra o, sol gözündə görmə qabiliyyətini tamamilə itirib və bundan sonra o, bir neçə ay ağrı çəkib və sağalmağa çalışıb.

"Televizora baxa bilmirdim, yata bilmirdim, telefondan istifadə edə bilmirdim, mənzildə bütün pəncərələri pərdə ilə örtdüm", - Kira Smit deyib.

Uğursuz buynuz qişa nəqlindən sonra həkimlər qızın hələ də yoluxduğunu aşkar ediblər. İndi o, müalicəsini davam etdirir və ikinci transplantasiyadan keçməyə və görmə qabiliyyətini bərpa etməyə ümid edir. /milli.az/





up