“KONTAKT HOME” mağazalar şəbəkəsinin rəsmisi bir şəxsə satdığı telefonu mübahisələndirilmiş məhkəmə qərarından sonra pulu ödənilsə belə, sonradan digər şəxsə satdığını deyib.
AZİNFORM.AZ xəbər verir ki, şikayətçi redaksiyamıza müraciət edərək “KONTAKT HOME” mağazalar şəbəkəsinin fəaliyyətindən narazıdır və hüquqlarının pozulduğunu iddia edir.
Şikayətçi Şükürov Vüsal Yəhya oğlunun sözlərinə görə o, “KONTAKT HOME” mağazalar şəbəkəsindən telefon alıb. Bundan 21 gün keçdikdən sonra işlətmədiyi telefonu ödəmə qabiliyyəti olmadığına görə mağazaya geri qaytarıb. “KONTAKT HOME” telefonu işlənmiş sayıldığını deyib və şəxsi məhkəməyə verərək məbləği tələb edib. Məhkəmə qərarından sonra tələb olunan məbləğ ödənilsə də “KONTAKT HOME” telefonu qaytarmaqdan imtina edərək bildirib ki, telefon artıq satılıb. Qeydiyyat İMEİ kodu şikayətçinin adına göstərilən telefonu, həm də işlənmiş kimi qələmə verdiyi telefonu “KONTAKT HOME” necə satıb? Belə çıxır ki, mağazada işlənmiş malların satışı olmadığından işlənmiş kimi geri götürdüyü telefonu təzə adı ilə yenidən satıb?
Telefona qiymətləndirmə keçirildiyini iddia edən "KONTAKT HOME” telefonu hansı kriteriyalarına görə və hansı rəsmi qurumun qərarı ilə qiymətləndirdiyinə dair heç bir rəsmi sənəd təqdim edə bilməyib. Məhkəmə qərarı ilə iddia edilən məbləğ ödənilibsə şəxsin telefonu və ya həmin məbləğdə telefon ilə təmin edilməsi “KONTAKT HOME” tərəfindən həyata keçirilməyib. Ümüd edirik aidiyyatı orqanlar məsələ ilə bağlı daha operativ qərar verəcəklər.
Şikayətlə bağlı "KONTAKT HOME” rəsmilərinin də mövqeyini dərc etməyə hazırıq.
Faktla bağlı lazım olan bütün sənədlərin nüsxələrini sizə təqdim edirik: