Bir ŞƏKİL, iki ŞƏHİD... - FOTO
16-09-2022, 16:30

Düşmən təxribatı nəticəsində şəhid olanlardan biri də Şabran rayon sakini Rəsulov Murad İlqar oğludur.

AZİNFORM.AZ xəbər verir ki, Silahlı Qüvvələrin leytenantı, 2000-ci il təvəllüdlü Murad Rəsulov iki gün əvvəl rayonun Şəhidlər xiyabanında dəfn edilib.

Qeyd edək ki, M. Rəsulovun dayısı oğlu Həsənov Xəyal Əliyulla oğlu da Vətən müharibəsində şəhid olub. 1998-ci il təvəllüdlü şəhidimiz 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 





up