MN: Ermənilər Kəlbəcər və Laçını artilleriya atəşinə tutdular - RƏSMİ
14-09-2022, 10:26

Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrimizi müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub.


Bu barədə AZİNFORM.AZ-a Müdafiə Nazirliyindən məlumat verilib.

“Bu istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülür. Hazırda mövqelərimiz fasilələrlə atəşə tutulur. Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür”, – məlumatda qeyd edilib.





up