İkinci “Qisas” əməliyyatı... - ermənilər qorxu içində
16-08-2022, 20:44

Azərbaycan Prezidenti son Şirvan səfəri zamanı İsmayıllının Basqal qəsəbəsində çox maraqlı bir açıqlama verdi. Əslində bu, Ermənistana və onu dəstəkləyənlərə ciddi bir mesaj idi. Dövlət başçısı bildirdi ki, avqustun 25-dək ermənilər Laçın şəhəri və Zabux kəndindən çıxmalıdır və həmin müddət onların xahişi ilə verilib”.

AZİNFORM.AZ xəbər verir ki, bunu hafta.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib.

“Dövlət başçısı ermənilərin çıxdıqları məkanları yandırmayacaqları haqda da fikirlər söylədi. Amma onu da qeyd etdi ki, bu, onların özlərindən gələn bir məsələdir. Azərbaycan onsuz da əvvəldən bilir ki, onlar verdiyi sözə əməl etmir. İndi də elə oldu. Bütün dünya bilir ki, bu haylar xəstədir. Onsuz da Laçın camaatı, zabuxluların Zabuxda ermənilərin saldığı qəsəbədə yaşamaq fikirləri yoxdur. Çünki deyirlər ki, haylar tərəfindən tikilməsi və orda yaşamaqları bir yana, həm də o qəsəbə kəndin köhnə qəbiristanlığı üzərində salınıb. Bu haqda yerli sakinlərdən mediaya açıqlama verənlər də olub... Bu və digər səbəblərdən belə baxanda hayların çıxdıqları evləri yandırıb-yandırmamasının Laçın camaatı üçün elə bir əhəmiyyəti yoxdur. Amma görünən odur ki, laçınlılar, o cümlədən Zabux kəndinin əsil sakinləri artıq toparlanıb və bütün ağır obyektiv şərtlərə baxmayaraq hamısı geri - öz tarixi dədə-baba torpaqlarına dönməyə hazırdır. Bu, çox müsbət bir haldır. Yəni Laçın camaatı o əvvəlki qeyrətdə, iradədə, qürurdadır. Çox xoş bir haldır ki, 30 ildən çox vaxt keçməsinə rəğmən bu insanların öz doğma yurdlarına dönmə əzmi, iradəsi sınmayıb. Və inanıram ki, tezliklə Laçının nəinki rayon mərkəzi və Zabux kəndinin, bütün digər kəndlərinin də sakinləri öz dədə-baba ocaqlarına dönəcək”- açıqlamasının ardında bunları söyləyən siyasi şərhçi ermənilərin ekoloji cinayətlər törətməsi və bunun mütləq cəzalandırılması haqda da danışıb.

“Rusiyanın “dırnaqarası” sülhməramlılarına gəldikdə, onlar son 1 il 10 ay ərzində öz lazımı missiyalarını yerinə yetirmədilər və bu gün də ermənilərin Laçın və kəndlərində törətdikləri vandallıqlara, o cümlədən meşələrimizi yandırmalarına göz yummaqda davam edirlər. Digər tərəfdən, dünyaya hüquq dərsi keçən Rusiya və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri bir daha utansınlar ki, bu 30 ildən çox müddətdə həmin hayların Azərbaycan torpaqlarında qanunsuz yerləşdirilməsinə də göz yumdular və beynəlxalq hüququ çığnadılar, tapdadılar. Bu gün ATƏT, BMT və digər beynəlxalq təşkilatlar nəinki evlərin, meşələrimizin də yandırılmasına göz yumurlar. Bu baxımdan hesab edirəm ki, Azərbaycan ordusu bir “Ekoloji qisas” əməliyyatı da keçirməlidir. Sadəcə, snayper və kəşfiyyatçılarımız bütün Qarabağ və Şərqi Zəngəzurda, xüsusən ermənilər oralardan çıxana qədər Laçın və Zabux ətrafındakı meşələrə ciddi nəzarət etməlidirlər. Meşələrimizi yandırmağa cəhd edən şəxslərə xəbərdarlıq edilməli və hərbçilərin əmrinə tabe olmadıqları təqdirdə yerlərindəcə güllələnməlidir... Dünya bu saat ekologiya ilə bağlı ciddi problemlərlə üzləşib. Odur ki, ermənilərin meşələri yandırmaları əslində beynəlxalq bir cinayət kimi dəyərləndirilməli və günahkarlar ciddi cəzalandırılmalıdır”- deyə politoloq bildirib.

“Prezident İsmayıllıdakı çıxışında “Qisas” əməliyyatı məsələsini gündəmə gətirdi və hazırda erməni ictimaiyyətində ikinci “Qisas” əməliyyatının başlayacağından ciddi əndişə və qorxu yaranıb. Və bilirlər ki, ikinci “Qisas” əməliyyatı birincidən daha qorxulu olacaq. Prezident də son çıxışında qeyd elədi; artıq “Qisas” əməliyyatında Sarıbaba, Qırxqız, Buzdux və s. yüksəkliklər azad edildikdən sonra Azərbaycan ordusu Laçın “dəhlizi”, o cümlədən Laçın şəhərini tamamilə nəzarətə götürüb. Ümumiyyətlə, Xankəndi və Ağdərə də, demək olar ki,nəzarətimizdədir. Ayın 25-ə artıq 9 gün qalıb. Və həmin müddətdə ermənilər Laçın və Zabuxu tərk edəcəklər. Mən buna tam əminəm... Çünki yaxşı bilirlər ki, artıq Azərbaycan əvvəlki Azərbaycan deyil” – deyə Cümşüd Nuriyev vurğulayıb.





up