Putin 128 kilodan artıq olan 67 yaşlı generalı cəbhəyə göndərdi - FOTO
27-06-2022, 23:24

Ukraynada işğalçı qüvvələrin komandirlərini dəyişən Rusiya lideri Putinin radikal addım atmağa hazırlaşdığı bildirilir. 67 yaşlı istefada olan general Pavel 'Şərqdən canavar' və 'Böyük silah ortaya çıxdı' başlıqları ilə elan edilib.

Rusiyanın Ukraynaya hücumundan dörd ay sonra Vladimir Putin minlərlə əsgərini və ən azı səkkiz generalını itirdi. Müharibənin qızışdığı Donbasda Sovet İttifaqından olan tanklar cəbhəyə aparılarkən, Ukrayna 35 minə yaxın rus əsgərinin həlak olduğunu bildirib.

AZİNFORM.AZ xəbər verir ki, İngiltərə mətbuatında Ukraynada ağır itki verən Rusiya ordusu ilə bağlı maraqlı xəbər yayıb. Bildirilir ki, Vladimir Putin Botaşev kimi təqaüddə olan 67 yaşlı general Paveli də Ukraynaya döyüşə göndərəcək.

Britaniya mətbuatına məlumat verən bir kəşfiyyat rəsmisi 128 kiloqram ağırlığında olan general Pavelin Moskva ətrafında yerləşən evindən cəbhə xəttinə göndəriləcəyini bildirib. Gündə beş dəfə yemək yeyən general üçün xüsusi forma tikiləcəyi bildirilir və onun Rusiya xüsusi təyinatlılarına komandanlıq edəcəyi də iddialar arasındadır.

“Daily Mail” qəzeti xatırladır ki, “Şərqdən gələn canavar” kimi təsvir etdiyi general Pavel Sovet İttifaqının Əfqanıstanı işğalında iştirak edib. "The Sun" qəzeti isə "Böyük silahlar üzə çıxdı" başlığını yazıb.



 





up