İki hərbçimiz itkin DÜŞDÜ
10-04-2023, 11:34

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb.  Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən  bildirilib.

Qeyd edilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.





up