Minaya düşən hərbi qulluqçunun adı AÇIQLANDI
15-12-2022, 00:49

Kəlbəcər rayonunun Çıraq kəndində minaya düşən hərbçi gizir Hümbətov Zöhrab Məmməd oğludur.

AZİNFORM.AZ xəbər verir ki, onun ailəsi rayonun Aşağı Quşçu kəndində yaşayır.

O, 10 ildən çox idi hərbçi idi. 

Onun sabah dəfn olunacağı bildirilir.

Eyni zamanda, Müdafiə Nazirliyi hərbçinin adını açıqlayaraq onun yaxınlarına başsağlığı verib:

"Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!"





up